"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XV turunda “Neftçi” ilə heç-heçə (1:1) etdikləri oyundan sonra mətbuat konfransında fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis öncə oyunla bağlı danışıb:
- Maraqlı oyun alındı. Bunu əsl derbi adlandırmaq olar. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Azarkeşlərə təşəkkür edirəm. Futbolçularıma da təşəkkürümü bildirirəm. Qələbə qazanmasaq da, yaxşı oyun nümayiş etdirdik. Gələcək oyunlara hazırlaşmalıyıq.
- Komandanın hazır olmadığı görünürdü.
- Çatışmazlıqlar var. İlk oyun olmasına baxmayaraq, pis alınmadı. Düşünülmüş hücumlar qurduq. Bir neçə matça daha da hazır olacağıq.
- Fasilədən əvvəlki “Neftçi” ilə indiki komanda arasında hansı fərqlər var?
- Fikir bildirmək tez olar. “Neftçi”də ilk dövrələrdəki qalib ruhu hiss olundu.
- Nəticəni uğurlu hesab edirsinizmi?
- Əlbəttə, qalib gəlsəyik, yaxşı olardı. Qarşıdakı oyunlara ciddi hazırlaşmalıyıq. Rəqib 3 xallıq fərqi saxlaya bildi. Nəticədən razıyıq.
- Almeydanın oyunu sizi qane etdi?
- Bəli. Ümumiyyətlə, bütün futbolçularımdan razı qaldım.
saytlarin hazirlanmasi