“Qarabağ”ın futbolçusu Mahir Mədətov “Neftçi” ilə Premyer Liqanın XV tur oyununda yaşanan xoşagəlməz hadisəyə görə rəqib komandanın futbolçusu Mamdu Mbodjdan üzr istəyib.
Sportal.az xəbər verir ki, 21 yaşlı oyunçu "Instagram"da seneqallı futbolçuya mesaj yazaraq onun əl uzatdığını görmədiyini bildirib:
“Mən həmin epizodda sənin əl uzatdığını görmədim. Buna görə üzr istəyirəm. Ümid edirəm ki, hər şey aramızda yaxşı olar. Mən irqçi deyiləm. Bilirsən ki, bu bir oyundu. Sənə uğurlar arzulayıram”.
Mahirin bu mesajına Mbodj aşağıdakı cavabı yazıb:
“Salam dostum. Narahat olma, bu bir oyundu və bunların baş verməsi normaldı. Sənin irqçi olmadığını bilirəm. Sən yaxşı oyunçusan. Sənə komandanla birlikdə uğurlar arzulayıram”.
Epizodlardan birində Mbodj Mahirə qarşı kobudluq etdikdən sonra üzr istəmək üçün əlini uzadıb, lakin Mədətov bunu görməyib. Sözügedən hadisə sosial şəbəkələrdə mübarizə mövzusuna çevrilib.
saytlarin hazirlanmasi