“Keşlə” qış fasiləsində heyətinə cəlb etdiyi Emin Mehtiyevi PFL-ə sifariş edə bilmir. Qaydalara əsasən, futbolçu bir mövsüm ərzində iki klubun şərəfini qoruya bilər. Emin əvvəlcə I Divizionda “Qaradağ Lökbatan”da, daha sonra Türkiyə BAL liqasında çıxış edib. Bu səbəbdən də o, "Keşlə"də oynaya bilməz.
Peşəkar klubun belə birabırçı səhv etməsi yolverilməzdir. Sportal.az-a açıqlama verən klubun meneceri Eldəniz Yusifov futbolçunu icarəyə verəcəklərini deyib. O, tezliklə klubun bu məsələ ilə bağlı bəyanat yayacağını da vurğulayıb.
“Keşlə” Emini yalnız “Qaradağ Lökbatan”a və ya BAL liqası klubuna icarəyə verə bilər.
Qeyd edək ki, 26 yaşlı cinah futbolçusu "Neftçi", "Sumqayıt", "Səbail", "Zaqatala", "Sabah" kimi klublarda çıxış edib.
saytlarin hazirlanmasi