Moldovalı futbolçu Azərbaycan yığmasında VİDEO

17:06 - 5 Fevral 2019

Avropa çempionatının elit-raund mərhələsinə hazırlaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlandı. Toplanışda Almaniyanın "Bielefeld" klubunun futbolçusu Maksim Bayramov da iştirak edəcək.

 

Maksim Moldovalıdır və Kişinyovda dünyaya göz açıb. 18 yaşlı hücumçunun Rumıniya vətəndaşlığı da var.

 

Maksim "Bielefeld" klubuna 2017-ci ilin yayında keçib. O, ötən mövsüm bu klubun U-17 komandasında 21 oyuna 4 qol vurub.

 

Hər iki ayağı işlək olan futbolçu Moldovanın U-17 yığmasında üç oyun keçirib və fərqlənməyib. Ancaq o, bundan sonra Azərbaycanın U-19 millisində çıxış edəcək. Mənbələrdə futbolçunun Azərbaycanla bağlığı barədə bilgi yoxdur.

 

Xəbər xətti