Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 15-ci turunda baş verən hadisələrlə bağlı qərarlar qəbul edilib:
Azərbaycan Premyer Liqasının XV turunun “Zirə” – “Sabah” matçında “Zirə” və “Sabah” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunur.
Oyunun 25-ci dəqiqəsində “Sabah” klubunun 19 №-li futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Oyunun 62-ci dəqiqəsində “Zirə” klubunun 6 №-li futbolçusu Vüqar Mustafayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.
“Zirə” və “Sabah” klubları matçın protokolunu vaxtında təqdim etmədiklərinə görə hər iki klub 800 manat cərimə olunur.
Azərbaycan Premyer Liqasının XV turunun “Qəbələ” – “Sumqayıt” matçında hakimlər otağında lazımı inventarlar olmadığına görə klub 1600 manat cərimə olunur.