Ötən ilin oktyabrın 11-də Rusiyanın Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pakı döyən "Zenit"in hücumçusu Aleksandr Kokorinlə "Krasnodar"ın yarımmüdafiəçisi Pavel Mamayevin bu gün məhkəməsi baş tutub.
Sportal.az sports.ru-ya istinadən xəbər verir ki, futbolçuların həbs müddəti uzadılıb. Tver məhkəməsi hər iki futbolçunun ən azı aprelin 8-nə kimi həbsxanada qalacağı ilə bağlı qərar qəbul edib. Futbolçuların yarım il həbsi də gözlənilir. Hadisə ilə bağlı araşdırmalara başa çatıb və yekun qərarı prokurorluq verəcək.
saytlarin hazirlanmasi