“Şerif”lə problemləri olan və təlim-məşq toplanışına aparılmayan belçikalı forvard Ziqi Badibanqanın “Neftçi”yə keçəcəyi ilə bağlı xəbərlər səngimək bilmir.
Sportal.az xəbər verir ki, bununla bağlı futbolinfo.az-a açıqlama verən futbolçu məlumatı təkzib edib. O bildirib ki, Azərbaycan klubu ona maraq göstərməyib:
“Neftçi” ilə ciddi danışıqlar olmayıb. Ümumiyyətlə, arada pul söhbəti və ya hansısa danışıq yoxdu. “Neftçi”nin prezidenti bildirdi ki, bizim sağ cinah yarımmüdafiəçisinə ehtiyacımız var, amma Badibanqaya yox. Onlar mənimlə ciddi şəkildə maraqlanmadılar. Ona görə də hazırda belə bir mövzu müzakirə olunmur”.
saytlarin hazirlanmasi