Bu gün Topaz Premyer Liqasında 16-cı tura start verilib.
Sportal.az xəbər verir ki, turun ilk günündə iki matç keçirilib. "Sabah” evdə “Qəbələ”ni qəbul edib və 0:1 hesabı ilə uduzub.
Günün sonuncu oyununda "Sumqayıt" doğma meydanında “Qarabağ”la qarşılaşıb. Görüş Ağdam klubunun 2:0 hesablı qələbəsiylə yekunlaşıb.
Qeyd edək ki, tura sabahkı iki görüşlə yekun vurulacaq.
9 fevral
Topaz Premyer Liqa, 16-cı tur
“Sabah” – “Qəbələ” - 0:1
Qol: Rauf Əliyev, 31
Qırmızı vərəqə: Marko Deviç, 45+1 ("Sabah")
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Nahid Əliyev, Nahid Xasıyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Əlincə Arena”, 16:00
“Sumqayıt” – “Qarabağ” - 0:2
Qollar: Filip Ozobiç, 20, Bədavi Hüseynov, 81
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rauf Cabarov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Kapital Bank Arena”, 18:30