Azərbaycan millisinin baş məşqçi postuna namizəd olan Nikola Yurçeviç Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən "Sumqayıt" - "Qarabağ" matçına təşrif buyurub.
Sportal.az xəbər verir ki, 52 yaşlı xorvatiyalı mütəxəssis görüşü "Sumqayıt"ın prezidenti Riad Rəfiyevlə birgə izləyir.
Qarşılaşmanın ilk hissəsi oynanılır və "Qarabağ" meydan sahiblərinə 1:0 hesabı ilə qalib gəlir.