Azərbaycan Premyer Liqasının 16-cı turunda "Qarabağ" səfərdə "Sumqayıt"ın qonağıdır.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi 20-ci dəqiqədə Filip Ozobiçin qoluyla hesabı açıb. Lakin qapı torunda olan problemə görə kuryoz hadisə baş verib. Belə ki, zərbədən sonra top toru da keçərək kənara gedib. Baş hakim Orxan Məmmədov öncə qolu hesaba alsa da, yan xətt hakimi fikir ayrılığı ortaya salıb. Lakin "Qarabağ"ın futbolçuları bu qərara etiraz ediblər. Yan xətt hakimiylə söhbət edəndən sonra Orxan Məmmədov qolu hesaba alıb.
Meydan sahiblərinin kapitanı Vurğun Hüseynovla Rail Məlikovun da addımını alqışlamaq lazımdır. Təcrübəli müdafiəçilər topun qapıdan keçdiyini hakimə deyərək, ədalətli qərara böyük yardım ediblər.
saytlarin hazirlanmasi