Millimizin baş məşqçi postuna namizəd olan xorvatiyalı Nikola Yurçeviç Premyer Liqanın 16-cı turu çərçivəsində "Sumqayıt" - "Qarabağ" görüşünü izləyir.
Sportal.az xəbər verir ki, 52 yaşlı mütəxəssis matçın fasiləsində müsahibə verib.
- Azərbaycanda ilk oyunu izləyirsiniz. Fikirləriniz necədir?
- Düz vurğuladınız ki, Azərbaycanda ilk dəfə oyuna baxıram. Onu deyə bilərəm ki, “Qarabağ” “Sumqayıt”dan yaxşı oyun göstərir. İlk hissənin nəticəsi oyuna görədir.
- Rəsmən millimizin baş məşqçisi olmaq üzrəsiniz. Azərbaycan futbolu ilə maraqlanırsınız?
- Məlumatım kifayət qədərdir. Başqa çalışdığım yerlərdə Azərbaycan millisinin oyunlarını izləmişəm. İkinci dəfədir Azərbaycandayam. Kifayət qədər məlumat yığmışam. Azərbaycana bağlılığı olan məşqçilərdən hər şeylə maraqlanmışam. Robert Prosineçki və onun köməkçisiylə danışmışam.
- Belə məlumatlar var ki, millinin baş məşqçisinin qarşısına AÇ-2020-nin final mərhələsinə vəsiqə qoyulub.
- Bu barədə federasiya ilə söhbətimiz olmayıb. Məqsədimiz oyundan oyuna artırmaq və daha yaxşı oyun nümayiş etdirməkdir.
- Zaman çox azdır. Oyun fəlsəfənizi millimizə aşılaya biləcəksiniz? Planlarınız necədir?
- Kifayət qədər millidən məlumatlıyam. Xorvatiya yığmasını da yaxş tanıyıram, çünki vətənimdir. Çox danışmaq istəmirəm, çünki heç nə rəsmiləşməyib.
- Təlim-məşq toplanışı üçün planınız var?
- Ağlımda hansısa fikirlər var. İstəyirəm hər şey dəqiqləşsin. İndi demək çox tezdir.
- Deyilənə görə, Azərbaycana xeyli yüklə gəlmisiniz. Bu da o deməkdir ki, baş məşqçi postuna təyin ediləcəksiniz.
- Hər şey pozitivdir. Gözləmək lazımdır. (Futbol11.az)
saytlarin hazirlanmasi