Xorvatiyalı məşqçi Yurçeviçin köməkçisi oldu

11:53 - 12 Fevral 2019

Milli komandamızın yeni baş məşqçisi Nikola Yurçeviçin köməkçilərindən biri bəlli olub.

 

Sportal.az xəbər verir ki, 52 yaşlı mütəxəssisə həmyerlisi Mario Tokiç köməklik edəcək. Yurçeviç Tokiçlə Zaqreb "Dinamo"sunda birgə çalışıb. Bundan əlavə, daha bir məşqçi xorvatiyalı olacaq. İki məşqçi isə azərbaycanlı olacaq.

 

43 yaşlı Tokiç Xorvatiyanın "Lokomotiva" klubunda baş məşqçi olub.

Xəbər xətti