Bu gün Bakıda Avropa Klublar Birliyinin (ECA) regional iclası keçirilib.
Sportal.az xəbər verir ki, "Qarabağ" Futbol Klubunun təşəbbüsü ilə paytaxtda baş tutan iclasda Türkiyə, ("Beşiktaş", "Fənərbaxça", "Başakşehir") İsrail ("Makkabi" (Hayfa), "Makkabi" (Tel-Əviv)) və MDB ölkələrinin ("Zenit", "Zimbru", "Daçia", "Dinamo" (Minsk), ÇSKA (Moskva) "Jalgiris"), "Neftçi", "Qəbələ" və “Qarabağ” klublarının nümayəndələri iştirak edib. İclasda 2021-24-cü illərdə baş tutacaq yarışların reqlamenti və keçirilməsi, Avropa Liqası-2 turnirinin mahiyyəti müzakirə olunub.
Qeyd edək ki, "Qarabağ"ın baş meneceri Asif Əsgərov Avropa Klublar Birliyinin İşçi qrupunun büro üzvüdür.
Martın 25-də Amsterdamda isə Avropa Klublar Birliyinin baş assembleyası keciriləcək və burada regional iclasda səsləndirilən fikirlər ümumiləşdirilərəcək və daha sonra UEFA-ya təqdim olunacaq.
saytlarin hazirlanmasi