Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura start verilib.
Sportal.az xəbər verir ki, turun açılış oyununda "Sumqayıt" "Keşlə"nin qonağı olub və 1:2 hesabı ilə uduzub.
Digər qarşılaşmada "Zirə" lider "Neftçi"ni qəbul edəcək. Qarşılaşma 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
Topaz Premyer Liqa, 17-ci tur
16 fevral (şənbə)
“Keşlə” – “Sumqayıt” - 2:1
Qollar: Amil Yunanov, 28, Nikola Mitroviç, 90+3 (pen.) - Əfran İsmayılov, 73
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“ASK Arena”, 15:00
“Zirə” – “Neftçi” - 0:0
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Ziya Nəsirov
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Zirə İdman Kompleksinin stadionu, 17:30