Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura yekun vurulacaq.
Sportal.az xəbər verir ki, günün ilk oyununda "Səbail" "Sabah"ı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.
Tura mərkəzi oyunla yekun vurulub. "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Qəbələ"ni qəbul edib və 2:1 hesbalı qələbə qazanıb. Ağdam klubu lider "Neftçi"nin büdrəməsindən yararlanaraq "ağ-qaralar"la xal fərqini minimuma endirməyə nail olub.
Azərbaycan Premyer Liqası, 17-ci tur
17 fevral (bazar)
“Səbail” – “Sabah” - 1:0
Qol: Ağabala Ramazanov, 65
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Əli Cəbrayılov, Kamal Umudlu
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“Bayıl Arena”, 15:00
“Qarabağ” – “Qəbələ” - 2:1
Qollar: Riçard Almeyda, 4 (pen.), Filip Ozobiç, 30 - Cavid Hüseynov, 29 (pen.)
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Etibar Həsənov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
Tofiq Bəhramov adına Respublika stadionu, 17:30