Dmitri Nazarov klubunu dəyişir

11:16 - 11 Aprel 2019

Azərbaycan millisinin və Almaniya III Bundesliqa təmsilçisi "Aue"də çıxış edən Dmitri Nazarov yayda klubunu dəyişəcək.

 

Sportal.az "tag24.de"yə istinadən xəbər verir ki, az oynamasından narazı qalan 29 yaşlı yarımmüdafiəçi klubunu dəyişməyə qərar verib. Nazarovu transfer etmək istəyən klub "Aue"yə təzminat ödəməlidir.

 

Dimanın klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.

 

Qeyd edək ki, Nazarov bu mövsüm II Bundesliqada 19 oyuna (475 dəqiqə) 2 qol vurub.

Xəbər xətti