Türkiyənin "Qalatasaray" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi müdafiəçisi Martin Linneslə müqaviləni uzadıb. Norveçli futbolçu ilə 2021-ci ilin yayına qədər müqavilə bağlanılıb.
27 yaşlı futbolçunun illik məvacibi 1,4 milyon avro olacaq.
Qeyd edək ki, Linnes 2016-cı ildən "Qalatasaray"da çıxış edir.
saytlarin hazirlanmasi