Rusiyanın "Spartak" klubunda çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyev qalmaqala səbəb olub.
Sportal.az "championat.com"a istinadən xəbər verir ki, hadisə Moskvanın Krasnoprudnaya küçəsində baş verib. Maşınla qırmızı işıqda yolu keçən futbolçu amerikalı turistə toxunub. Bundan sonra Quliyev əsəbləşib və piyadaya qaçaraq çatıb. Amerikalı turistlə dalaşan futbolçu onun burnunu qırıb. Hadisə yerinə dərhal polislər və tibbi yardım maşını gəlib.
Amerikalı turist xəstəxanaya getməkdən imtina edib. Quliyev isə qarşı tərəfdən üzr istəyib. Ayaz zərərçəkənə pul verib. Amerikalı isə Ayazdan polisə şikayət etmək fikrindən daşınıb.
Ayaz Quliyevi klubu "Spartak" sərt şəkildə cəzalandıracaq. 22 yaşlı yarımmüdafiəçi klubun saytına açıqlamasında azarkeşlərdən üzr istəyib:
"Aqressiv davrandım. Günahkar olduğumu boynuma alıram. Qarşı tərəfdən bir daha üzr istəyirəm. Məni fərqli prinsiplərlə tərbiyə edən doğma klubumdan üzr istəyirəm. "Ağ-qırmızılı" azarkeşlərimizin qarşısında xəcalətliyəm. Bu hadisə mənə ömürlük dərs olacaq".
saytlarin hazirlanmasi