Azərbaycan Premyer Liqasının 24-cü turunda "Səbail" "Neftçi"ni qəbul edəcək.
Sportal.az saytına açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev hazırlıq barədə danışıb:
"Oyuna digər matçlardakı kimi hazırlaşırıq. Bilirik ki, çempionatın ən güclü rəqiblərindən birinə qarşı oynayacağıq. "Neftçi" çempionluğa oynayan komandadır. Bu komanda ilə oyunlar hər zaman çətin keçib. İtkilərimiz yoxdur. Xırda zədələr var və onlar da oyun gününə qədər hazır olacaq. Bütün futbolçular məşqdə iştirak edir".
37 yaşlı mütəxəssis "Neftçi" ilə oyundakı şansları barədə bunları deyib:
"Son turdakı məğlubiyyəti analiz etmişik. Futbolçularla söhbətimiz olub. "Sabah"a məğlub olsaq da, xeyli qol şanslarını əldən vermişik. Fərqli hesab da ola bilərdi. "Neftçi" ilə oyun fərqli olacaq. Bu komandanı 3-cü dövrədə yenmişik. Onlar bizə qarşı ciddi hazırlaşırlar. İstədiyimiz nəticəni almaq üçün meydana çıxacağıq. Artıq mən "Neftçi"dən xal almağı sensasiya saymıram. Artıq bundan əvvəl bu rəqibdən xal almışıq. Düzgün köklənsək, hazırlaşsaq, hər bir rəqibdən xal almaq mümkündür".
Qeyd edək ki, "Səbail" - "Neftçi" oyunu aprelin 14-ü, saat 18:00-da baş tutacaq.
saytlarin hazirlanmasi