MOİK Premyer Liqaya vəsiqəni rəsmiləşdirdi

17:35 - 12 Aprel 2019

MOİK 2019/20 mövsümü üçün Premyer Liqaya vəsiqəni təmin edib. "Hərbçilər" I Divizionun XXII turunda bunu rəsmiləşdirib.

 

Sportal.az xəbər verir ki, aşağı liqanın lideri bu gün keçirilən matçda “Keşlə-2”ni məğlubiyyətə uğradıb – 2:1. Bununla da “hərbçilər” 22 turdan sonra xal hesabını 56-ya çatdırıb.

 

Çempionatın əsasnaməsinə görə, I divizionda ikinci komandalar istisna olmaqla, ən yüksək yer tutan komanda Premyer Liqaya vəsiqə qazanır.

 

MOİK-in ən yaxın izləyiciləri isə ikinci komandalardır. Bunlar “Sumqayıt-2” və “Neftçi-2”dir ki, əvəzedicilər yüksək dəstəyə vəsiqə ala bilməz.

 

Bu turadək yeganə vəsiqə uğrunda mübarizədə MOİK-in əsas rəqibi “Zaqatala” idi. Bu oyunadək 4-cü sırada qərarlaşan komanda “Ağsu”nu 4:2 hesabı ilə yenib. Lakin MOİK-in qələbəsindən sonra iki komanda arasında xal fərqi 14-ə çatıb. Mövsümün sonuna 4 tur qaldığından zaqatalalılar Premyer Liqa şansını itiribsə, paytaxt təmsilçisi dəfələrlə yüksəldiyi elitaya yenidən vəsiqə qazanıb.

Xəbər xətti