"Qarabağ" "Sabah"a, "Zirə" "Sumqayıt"a qalib gəldi YENİLƏNİB

20:20 - 13 Aprel 2019

Bu gün Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

 

Turun açılış oyununda “Zirə” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

 

"Qarabağ" evdə debütant "Sabah" üzərində 3:0 hesablı qələbə qazanıb. 

 

Topaz Premyer Liqası

24-cü tur

13 aprel (şənbə)

 

“Zirə” – “Sumqayıt” - 2:0

Qollar: Xulio Sezar Rodriqes, 33, İlkin Qırtımov, 90+1

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Zirə İdman Kompleksinin stadionu, 16:00

 

“Qarabağ” – “Sabah” - 3:0

Qollar: Riçard Almeyda, 10, Filip Ozobiç, 65, Mahir Mədətov, 77

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Rüfət Əmirov

Tofiq Bəhramov adına Respublika Stadionu, 18:30

Xəbər xətti