Azərbaycan Premyer Liqasında XXVI turun təyinatları bəlli olub.
Sportal.az xəbər verir ki, Peşəkar Futbol Liqası qarşılaşmaları idarə edəcək hakimlərin adlarını açıqlayıb. Bürünc medallar uğrunda mübarizə aparan "Səbail" və "Qəbələ" komandaları arasında keçiriləcək görüşü FİFA referisi Əliyar Ağayev idarə edəcək.
Turun 4 oyunu da aprelin 27-də baş tutacaq.
Azərbaycan Premyer Liqası
XXVI tur
27 aprel (şənbə)
16:30. “Zirə” – “Qarabağ”
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rövşən Rəcəbov
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu
17:00. “Sabah” – “Keşlə”
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Əli Cəbrayılov, Elçin Məsiyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Asif Əliyev
Əlincə Arena
17:30. “Səbail” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
ASCO Arena
19:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Bakcell Arena
saytlarin hazirlanmasi