Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Qarabağ” matçından (1:0) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssis görüşü belə şərh edib:
“Çempionatda “Qəbələ”yə 4 oyunda qalib gəlsək də, heç də asan başa gəlməmişdi. Bu gün bunu göstərdilər. Rəqib müsbət nəticə əldə etdi. Çox istəyirdik qalib gələk, ancaq alınmadı. Evdə qol buraxmadan qalib gəlmək üstünlükdü. Cavab oyununa daha ciddi hazırlaşacağıq”.
saytlarin hazirlanmasi