"Qalatasaray"ın baş məşqçisi Fatih Terim Türkiyə Futbol Federasiyasından aldığı 5,2 milyon TL təzminatı Uşaq Yardım Fonduna yatırıb.
Sportal.az xəbər verir ki, bu barədə mütəxəssisin vəkili Rezan Epözdemir məlumat verib. O, bu quruma ən böyük yardımın edildiyini deyib.
Fatih Terim Türkiyə millisindən ayrıldıqdan sonra məhkəməyə şikayət etmiş və federasiyadan təzminat almışdı.
saytlarin hazirlanmasi