I Divizionda mövsümün son oyunun ardınca keçirilən mükafatlandırma mərasimində turnirin bombardirinə xüsusi hədiyyə təqdim olundu.
Sportal.az xəbər verir ki, yarışı 4-cü pillədə başa vurmuş “Zaqatala”nın hücumçusu Cavad Kazımov sonuncu turda “Keşlə-2” ilə görüşdə het-trik edərək çempion MOİK-in hücumçusu Raul Yaqubzadəni 1 qol qabaqladı və 23 qolla 2018/2019-cu illər mövsümünün ən sərrast futbolçusu seçildi.
Fotolar: Peşəkar Futbol Liqası
saytlarin hazirlanmasi