Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünə yekun vurulub. Sonuncu - XXVIII turun bütün oyunları eyni gündə keçirilib.
Sportal.az xəbər verir ki, əvvəlcə bürünc medalçı “Səbail” mövsümü sonuncu bitirəcəyi dəqiqləşən “Keşlə”ni qəbul edib. Görüş qonaq komandanın 4:1 hesablı qələbəsiylə başa çatıb.
Digər oyunlarda “Zirə” "Sabah"ın, “Qəbələ” “Sumqayıt”ın qonağı olub. "Zirə" 3, "Sumqayıt" 1 cavabsız qolla qələbə qazanıb.
Mövsümə “Qarabağ”la “Neftçi”nin derbi oyunu ilə yekun vurulub. Çempionla gümüş medalçının 8-ci km stadionundakı duelində Ağdam təmsilçisi 3:2 hesablı qələbə m qazanıb.
15:00 “Səbail” – “Keşlə” - 1:4
Qollar: Oke Akpoveta, 53 - Andre Klennon, 7, Edvina Girdvainis, 38, Samir Məsimov, 45, Conatan Ayite, 73
Qırmızı vərəqə: Edvinias Girdvainis, 52 ("Keşlə")
Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Elşad Abdullayev, Namiq Bəkirov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASCO Arena”
16:00 “Sabah” – “Zirə” - 0:3
Qollar: Xulio Sezar Rodriqes, 38, 80, Robin Nqalande, 69
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Asif Əliyev
“Əlincə Arena”
16:00 “Sumqayıt” – “Qəbələ” - 1:0
Qol: Ülvi İsgəndərov, 68
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Kapital Bank Arena”
18:00 “Neftçi” – “Qarabağ” - 2:3
Qollar: Emin Mahmudov, 38 (pen.), Canluka Sansone, 40 - Mahir Mədətov, 15, 64, Riçard Almeyda, 90
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Bakcell Arena”
saytlarin hazirlanmasi