Türkiyə Super Liqasında mövsümün sonunda elitanı tərk edəcək ilk klub bəlli olub.
Sportal.az xəbər verir ki, 32-ci turda "Fənərbaxça"ya 1:2 hesabı ilə uduzan "Akhisarspor" I Liqaya yuvarlanıb. Sona iki tur qalmış Akhisar təmsilçisi 15-ci pillədəki "Göztəpə"dən 9 xal geri qalır.
"Akhisarspor" 2012/13 mövsümündən Super Liqada çıxış edirdi.
saytlarin hazirlanmasi