Türkiyənin I Liqasından Super Liqasına yüksələn iki klub bəlli olub.
Sportal.az xəbər verir ki, "Gənclərbirliyi" və "Dənizlispor" klubları sona 1 tur qalmış Super Liqaya vəsiqəni təmin ediblər.
"Gənclərbirliyi" 1, "Dənizlispor" isə 9 illik fasilədən sonra yenidən elitaya yüksəlib.
Azərbaycan millisinin üzvü Dəniz Yılmaz "Gənclərbirliyi" klubunda çıxış edir.
saytlarin hazirlanmasi