"Zirə"də növbəti ayrılıq baş verib.
Sportal.az saytına açıqlamasında Sadiq Quliyev qəsəbə klubu ilə müqaviləsini uzatmayacağını deyib. 24 yaşlı müdafiəçi azad agent statusuna yiyələnib.
Sadiq Quliyev "Zirə"də ilk mövsümünü 2015/16 mövsümündə keçirib və Premyer Liqada gümüş medal qazanıb. 2017-ci ilin yayında Quliyev "Qəbələ"dən "Zirə"yə birdəfəlik keçib. O, başa çatan mövsümdə 6 oyun keçirib.
Daha öncə Pərdis Fərcad-Azad və kapitan Kamal Bayramov "Zirə"dən ayrılmışdı.
saytlarin hazirlanmasi