Azərbaycan millisinin üzvü Amil Yunanov "Keşlə"dən ayrılıb.
26 yaşlı forvard Sportal.az saytına açıqlamasında paytaxt klubundan yeni müqavilə təklifi almadığını deyib. Yunanov azad agent statusuna yiyələnib.
Hücumçu başa çatan mövsümdə 26 oyuna 6 qol vurub. Amil komandada ən çox qol vuran futbolçu olub.
Amil Yunaov ötən yay "Sumqayıt"dan "Keşlə"yə keçmişdi.
saytlarin hazirlanmasi