"Keşlə" Azərbaycan millisinin qapıçı Kamran Ağayevlə yollarını ayırdığını açıqlayıb.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbol agenti Erkin İbrahimov "facebook" hesabında 33 yaşlı qapıçı ilə bağlı iddia irəli sürüb. Agent Kamranın "Neftçi"yə keçəcəyini qeyd edib:
"Keşlə" Kamran Ağayev ilə də vidalaşdı. Gündüz Abbaszadə şahidimdir, neçə vaxtdır deyirəm, Kamran Ağayev "Neftçi"yə keçəcək. Yoxsa ağlı başında olan klub rəhbəri nədən Səlahət kimi qapıçını bilərəkdən incitsin, gedişi üçün zamin yaratsın ki? Demək ki, artıq neçə vaxtdır Səlahətin alternativi hazırdır. Hələ bu jurnaldır, kino qabaqdadır".
Kamran Ağayev başa çatan mövsüm bütün turnirlərdə 23 oyun keçirib.
saytlarin hazirlanmasi