"Keşlə"dən ayrılan Azərbaycan millisinin üzvü Amil Yunanov Sportal.az-a müshaibə verib.
Sportal.az xəbər verir ki, 26 yaşlı hücumçu klubdan ayrılmasından və gələcək planlarından danışıb.
- "Keşlə" yeni müqavilə təklif etmədi?
- Müqaviləm başa çatdı. Yeni sözləşmə təklif edilmədi, mən də ayrıldım.
- Klubda qalmaq istəyirdin?
- Xeyr, qalmaq istəmirdim.
- Yəqin ki, "Keşlə"dəki karyeran ürəyincə olmadı. Nə üçün komanda belə mövsüm keçirdi?
- "Keşlə" Avropa Liqasına vəsiqə qazanmışdı. Yeni mövsümə iddialı idilər. Mənim də hədəflərim var idi. Ancaq təəssüf ki, istənilən kimi alınmadı. Futboldur, belə şeylər qaçılmazdır, olur.
- "Sumqayıt"da oynayanda qollar vurub, milliyə dəvət alırdın. "Keşlə"də isə vəziyyət fərqli oldu. Bu komadanı seçdiyin üçün peşmansan?
- "Sumqayıt"da özümü çox rahat hiss edirdim, ancaq "Keşlə"yə uyğunlaşmaqda çətinlik çəkdim. Yeni baş məşqçilər və oyunçulara uyğunlaşmaq zaman tələb edirdi. Buna baxmayaraq, peşman deyiləm, futbolda uğursuzluqlar qaçılmazdır.
- "Keşlə"dəki məşqçi dəyişiklikləri oyununa necə təsir etdi?
- Açığı, tez-tez məşqçi dəyişikliyi futbolçu üçün yaxşı amil deyil. Hər məşqçinin fərqli oyun üslubu var və buna uyğunlaşmaq çətindir.
- Adın "Sumqayıt"la hallanır. Bu komandanın tarixində ən çox qol vurmuş futbolçusan. Doğma komandana qayıtmağın realdır?
- "Sumqayıt" mənə doğma yerdir. Komandada yaxşı oyunlarım olub və azarkeşlərin sevgisini qazanmışam. Ancaq "Sumqayıt"dan real təklif almamışam.
saytlarin hazirlanmasi