Azərbaycan kubokunun qalibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası stadionunda keçirilən həlledici matçda “Qəbələ” “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib və titula yiyələnib.
Bu, "Qəbələ"nin ilk kuboku olub.
Bununla da, əyalət təmsilçisi Azərbaycanı Avropa Liqasında təmsil etmək hüququ qazanıb.
“Qəbələ” - “Sumqayıt” - 1:0
Qol: Stiven-Jozef Monroz, 4
Qırmızı vərəqə: Cavid Tağıyev, 90+5 ("Sumqayıt")
saytlarin hazirlanmasi