Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın I təsnifat mərhələsindəki daha 3 potensial rəqibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, “Sarayevo” (Bosniya və Herseqovina), “Pyast”(Polşa) və “Sutyeska” (Monteneqro) klubları səpələnməmişlər səbətində yer alacaq. Bu klublar Ağdam təmsilçisinin potensial rəqibləridir.
“Qarabağ”ın 13 potensial rəqibi məlumdur və daha 3-ü də siyahıya əlavə olunacaq:
“Sarayevo” (Bosniya və Herseqovina), “Valetta” (Malta), “Pyast” (Polşa), “ÇFR Kluj” (Rumıniya), “Ferensvaroş” (Macarstan), “Nomme Kalyu” (Estoniya), “Sutyeska” (Monteneqro), “Partizani” (Albaniya), “Valyur” (İslandiya), “Linfild” (Şimali İrlandiya), “Torsxavn” (Farer adaları), “Riqa” (Latviya), “Saburtalo” (Gürcüstan).
Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-19-da keçiriləcək.
saytlarin hazirlanmasi