"Qəbələ" Azərbaycan kubokunun finalında "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edərək, tarixində ilk titulu qazandı.
"Qırmızı-qaralar" komandaya tarixi uğur qazandıran baş məşqçi Sənan Qurbanovla yola davam edəcək. Bu barədə Sportal.az saytına açıqlamasında klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.
"Qəbələ" Premyer Liqada mövsümü 4-cü başa vurub və Azərbaycan kubokunun qalibi olub. "Qırmızı qaralar" ardıcıl 6-cı dəfə Avropa Liqasında çıxış edəcək.
Sənan Qurbanov ötən mövsüm Roman Qriqorçukun gedişindən sonra komandanın baş məşqçisi təyin edilmişdi.
saytlarin hazirlanmasi