Azərbaycan kubokunun finalında "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra komandadan ayrılacağını söyləyən Ayxan Abbaov Sportal.az-a açıqlama verib.
37 yaşlı mütəxəssis böyük ehtimalla, sabah klub rəhbərliyi ilə görüşəcəyini deyib:
"Bakıya bu gün gəldim. Hələ ki, rəhbərliklə görüşməmişəm. Böyük ehtimalla, sabah görüşümüz baş tutacaq və hər şeyə aydınlıq gələcək.
"Sumqayıt" rəhbərliyinə bütün şərtlərimi deməmişəm. İddialı komanda qurmaq istəyirik. Buna görə də yaxşı futbolçular lazımdır.
Legioner futbolçu məsələsi isə elə də ciddi problem deyil. Müəyyən məsələlər var və onlara baxandan sonra vəziyyətə aydınlıq gələcək. İndidən dəqiq nəsə deyə bilmərəm".
Ayxan Abbasov mövsümün gedişində "Sumqayıt"ın baş məşqçisi təyin edilmişdi. "Gənclik şəhəri" təmsilçisi Abbasovun rəhbərliyi altında tarixindən ilk dəfə Azərbaycan kubokunun finalına yüksəlmişdi.
saytlarin hazirlanmasi