Türkiyədə çempionluğu rəsmiləşdirən "Qalatasaray" yarəmmüdafiəçisi Yunes Belhanda ilə yolları ayıra bilər.
Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, mərakeşli futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. "Əl-Hilal" klubu 29 yaşlı yarımmüdafiəçi üçün İstanbul təmsilçisinə 9 milyon avroluq təklif göndərib. Belhandaya isə 3 illik müqavilə təklif edilib. Tərəflərin böyük ölçüdə anlaşdığı vurğulanıb.
"Qalatasaray" Belhandanı 2017-ci ildə Kiyev "Dinamo"sundan 9 milyona avroya transfer edib. Mərakeş millisinin üzvü bu mövsüm 35 oyuna 4 qol vurub, 10 assist edib.
saytlarin hazirlanmasi