"Qranada"nın yeni baş məşqçisi məlum olub.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisinin "sükan"ı Aytor Karankaya tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
48 yaşlı mütəxəssislə müqavilənin detalları açıqlanmayıb.
Karanka bu postda Roberto Morenonu əvəzləyib.
"Qranada" La Liqada 17-ci sıradadır.
İspan mütəxəssis 2010-2013-cü illərdə "Real"da məşqçilik edib.
