Norveçli forvard "Mançester Siti"yə keçidə razılıq verdi

13:59 - 19 Aprel 2022

"Borussiya"nın (Dortmund) hücumçusu Erlinq Haaland "Mançester Siti"yə keçidə razılıq verib.

Sportal.az "Daily Mail"a istinadən xəbər verir ki, Mançester klubunun rəsmiləri norveçlini bu kluba keçməyə razı sala bilib.

Haaland "Mançester Siti"yə keçəcəyi təqdirdə Premyer Liqanın ən yüksək ödənişli forvardı olacaq. İngilislər transfer üçün "Borussiya"ya 63 milyon funt-sterlinq ödəyəcək. Yaxın günlərdə transferin rəsmiləşəcəyi iddia edilir.

Xəbər xətti