"Qarabağ" legionerinə yeni müqavilə təklif etdi

15:40 - 19 Aprel 2022

“Qarabağ” qışda “Yagelloniya”dan icarəyə götürdüyü Luka Quqeşaşvilini komandada saxlamaq qərarına gəlib.

Sportal.az xəbər verir ki, Ağdam klubu gürcüstanlı qolkiperə 3 illik müqavilə təklif edib. Bu təklifi qəbul edəcəyi təqdirdə, Lukanın illik qazancı 100 min dollar olacaq.

​22 yaşlı futbolçu yekun qərar vermək üçün klubdan mövsümün sonuna qədər vaxt istəyib. (Sportlife.az)

Xəbər xətti