"Dinamo"nun baş məşqçisi Jelko Kopiç Xorvatiya çempionatının 9-cu turdan təxirə salınan və sabah keçirilməsi planlaşdırılan "Hayduk"la (Split) görüş öncəsi danışıb.
Sportal.az "24 sata"ya istinadən xəbər verir ki, Kopiç Mahir Emreli haqda isə bunları deyib:
"Futbolçunun problemi olmasına baxmayaraq, komandası üçün faydalı olmaq istəməsi yaxşıdır. Hamımız gördük ki, Emreli "artırır", oyundan-oyuna daha yaxşı durumda olur. Bir çox futbolçunu doğru "ritm"ə qaytarmışıq, həmçinin də Mahiri. Mənim üçün ən önəmlisi odur ki, hər kəs klubun uğurları, titulları üçün oynasın və meydanda sonadək mübarizə aparsın".
