Qvardioladan Haaland açıqlaması

17:33 - 19 Aprel 2022

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola kluba transfer gündəmdə olan Erlinq Haalandla bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis Dortmund "Borussiya"sının hücumçusunun transferi barədə xəbərlərlə maraqlanmadığını bildirib:

 

"Erlinq Haalandla bağlı xəbərlərlə maraqlanmıram. Növbəti mövsüm üçün klubda nələrin baş verəcəyi ilə bağlı beynimdə başqa narahatlıqlar var".

 

Qeyd edək ki, İngiltərə mətbuatı "Mançester Siti"nin 63 milyon funt-sterlinq qarşılığında norveçli forvardın keçidini həll etdiyini yazıb.

Xəbər xətti