"Qaradağ Lökbatan" çempion oldu

18:09 - 19 Aprel 2022

Futbol üzrə Azərbaycan I Divizionda XXII tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, lider "Qaradağ Lökbatan "Zaqatala"nı 2 cavabsız qolla məğlub edərək, çempionluğunu rəsmiləşdirib. Komanda sona 4 tur qalmış ən yaxın izləyicisi "Şamaxı-2"ni 15 xal üstələyir

 

18 aprel (bazar ertəsi)

“Neftçi-2” 3–0 “Turan Tovuz”

(Xəqani Sadıxov, 19; Seymur Əliyev, 55; Mirabdulla Abbasov, 90+3) 

“Qəbələ-2” 1–1  “Sabah-2”
(Hüseyn Mürləsov, 45+3 // Kamran Quliyev, 87 (p.))

“Sumqayıt-2” 2–1 “Zirə-2”
(İbrahim Əliyev, 29; Nəbi Məmmədov, 64 // Məhəmməd Səfərov, 8)


19 aprel (çərşənbə axşamı)

“Qarabağ-2” 0–0 MOİK

“Qaradağ Lökbatan” 2–0 “Zaqatala”
(Sabir Allahquliyev, 5; 27 (p.))

“Kəpəz” 2–1 “Səbail-2”
 (Bəhruz Teymurov, 20; Cavad Kərimov, 55 // Elvin Sərkarov, 12 (p.))

Xəbər xətti