İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Leyptsiq"in yarımmüdafiəçisi Kristofer Nkunku ilə yaxından maraqlanır.
"Qırmızı şeytanlar" fransalı vinger üçün klubuna rəsmi təklif göndərib. "Diario Sport"un məlumatına görə, Almaniya təmsilçisi "Mançester Yunayted"dən 24 yaşlı futbolçu üçün 45 milyon avro tələb edir.
Kristofer Nkunku "Leptsiq"ə 2019-cu ilin yayında "Paris" klubundan transfer olunub. Fransa millisinin üzvü cari mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 44 oyunda 30 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
