Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin çıxış etdiyi "Dinamo" 111 yaşını qeyd etməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, bu münasibətlə Zaqreb təmsilçisi azarkeşlərlə görüş və şənlik keçirəcək. 26 aprel tarixində "Dinamo fest" adlı ad günü şənliyi və azarkeşlərlə ünsiyyət təşkil ediləcək.
Tədbir Zaqrebin mərkəzindəki Avropa meydanında baş tutacaq. Klub tərəfindən azarkeşlərə sürprizlər hazırlandığı bildirilib.
saytlarin hazirlanmasi