II Autizm Festivalı davam edir - FOTOLAR

15:17 - 20 Aprel 2022

II Autizm Festivalı çərçivəsində idman yarışları davam edir. 

 

Sportal.az xəbər verir ki, Azərbaycan Autizm Assosiasiyası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunacaq II Autizm Festivalı çərçivəsində daha bir yarış keçirib. Bu dəfə autizmli uşaqlar Veloparkda velosiped idmanı üzrə bacarıqlarını nümayiş etdiriblər. 3 yaş qrupu üzrə təşkil olunan sınağa 50-ə yaxın iştirakçı qatılıb. Mübarizənin sonunda: 

 

6-9 yaş qrupunda  

 Əsgərov Məhəmməd 1-ci yer

 Şirinov Amin 2-ci yer 
Əlizadə Amin isə 3-cü yer. 

 

9-13 yaş qrupunda 
Məmmədli Polad 1 yer
Şirinov Murad 2 yer
Şirinov Elmir 3 yer

 

13 yaş üzəri
Bayramov Rza 1 yer
Rəhimov Hüseynəli 2 yer
Bədəlov Nihat 3 yer

 

Xatırladaq ki, bundan əvvəl autizmli uşaqlar bocce və stolüstü tennis idmanı üzrə mübarizə aparıblar. Növbəti günlərdə isə atletika və futbol yarışları keçiriləcək. 

 

Nəhayət, aprelin 28-i Bakıda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə II Autizm Festivalı təşkil olunacaq. Festival çərçivəsində keçirilın tədbirlərin məqsədi autizm barədə cəmiyyəti məlumatlandırmaq, autizmin xəstəlik yox, fərqlilik olduğu mesajını insanlara ötürməkdir. 

 

Autizmin fərqindəyik, onların yanındayıq. #IIAZƏRBAYCANAUTİZMFESTİVALI

 

 

 

 

Xəbər xətti