Rusiyalı tennisçilər Uimbldon turnirində iştirak etməyəcək.
Sportal.az xəbər verir ki, Təşkilat Komitəsi bu ölkəni təmsil edən idmançıların yarışdan kənarlaşdırılması ilə bağlı qərar qəbul edib.
Dünya reytinqinin 2-ci pilləsində qərarlaşmış Daniil Medvedev, 8-ci yerdə olan Andrey Rublev və qadınların reytinq siyahısında 15-ci olan Anastasiya Pavlyuçenkova nüfuzlu turnirdə iştirak edə bilməyəcək.
Qeyd edək ki, Uimbldon turniri 27 iyun - 10 iyulda baş tutacaq.
saytlarin hazirlanmasi
