Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Atilla Salai zədələnib. "Şaxtyor"la keçirilən xeyriyyə matçında (1:0) zədələnən macarıstanlı futbolçu meydanı xərəkdə tərk edib.
24 yaşlı mərkəz müdafiəçisinin son durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
Atilla Salai cari mövsümdə "Fənərbaxça"nın heyətində meydana çıxdığı 41 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi