"Mançester Siti"ni "Milan"a dəyişə bilər

17:33 - 20 Aprel 2022

"Milan" yayda heyətini gücləndirməyi planlaşdırır.

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, İtaliya təmsilçisinin rəhbərliyi "Mançester Siti"dən ayrılmağa hazırlaşan Rahim Sterlinqlə danışıqlara başlayıb.

İngiltərə millisinin üzvü olan 27 yaşlı futbolçusu komandasını dəyişməyə hazır olsa da, "Milan"ın ilkin təklifi onu razı salmayıb. Amma klub rəsmisi Paolo Maldini ingilis futbolçunu yola gətirmək üçün onunla İngiltərədə görüşəcək.  

 

Xəbər xətti