Elmar Baxşıyev: "Biz penalti istəyəndə fərqli yanaşırlar, amma qapımıza dərhal təyin edirlər"

20:02 - 20 Aprel 2022

"Bilirdik ki, ağır oyun olacaq. "Qarabağ" çempionatımızın favoritidi. Komandama gəlincə, meydanda ən yaxşısını etməyə çalışdılar. Baxımlı, dinamik oyun alındı".

Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev ölkə kubokunun yarımfinal mərhələsinin "Qarabağ"la ilk oyunundan sonra mətbuat konfransında deyib.

Baxşıyev, komandasının "Qarabağ"a qarşı nümayiş etdirdiyi oyundan razı qaldığınə və futbolçularına inandığını bildirib: "Kristof Atanqana pis dayanmırdı. Penalti epizoduna gəlincə, "Sumqayıt"la matçda xeyrimizə penalti vermədilər. Həmin epizod daha çox penaltiyə oxşayırdı, nəinki bu epizod. Qırılma nöqtəsi baş hakimin penalti qərarı idi. Həmin epizodda penalti yox idi. Biz penalti istəyəndə, fərqli yanaşırlar məsələyə. Amma qapımıza penaltini dərhal təyin edirlər. 

İstənilən halda turnirdən qopmayacağıq. Komandama inanıram. Bu kollektivi toplayanda hamı fikirləşirdi ki, belə büdcə ilə 7-8-ci yeri tutacağıq liqada. Ancaq sağlam komandam var, futbolçular daha yaxşı nəticə göstərməyə layiqdilər. Qarşıdakı oyunu düşünürük. Hamımızın iddiası var. Amma həmin iddia ilə alışıb-yanmaq yoxdu. İşimimizi elə qurmuşuq ki, yalnız qarşıdakı matçı düşünürük. Futbolçulara istənilən halda təşəkkür düşür".

Mirbağırağa

Xəbər xətti